Xalq şairi Vahid ƏZİZ.”YETƏR Kİ, GƏLMƏSİN BƏLA AĞILDAN…”

İllər təravəti üzdən siləndə
saçalara dən yenər, gözə çən düşər,
qocalıq şuxluğa üstün gələndə
adamlar özünün gözündən düşər,

Ürəyi tez sınar, küsü saxlayar,
hər an bir dayağa ümid bağlayar,
qəlbdə biri gülər, biri ağlayar-
gözyaşı hər iki gözündən düşər,

Yazıqlar halına yamaq olanın,
əpriyib, büzüşüb yumaq olanın,
şamına gənclikdə bihaqq olanın
alov yad ocaın közündən düşər,

Qorxar gecələrdən- qaş qaralanda,
sözdən-söhbətlərdən can yorulanda,
hərdən doğmalarla aralarında
qırğın damaq qıran sözündən düşər,

Xeyli fərqlənsə də həyat nağıldan,
yetər ki, gəlmısin bəla ağıldan,
Şair, çox danışma qocalığından,
ölüm qaralayıb- izinnən düşər…