Xalq şairi Zəlimxan YAQUB.”DÜŞ BİRCƏ GÜN QÜRBƏTƏ”

Nә dağ var, nә duman var,
Gözümdәki çәn nәdir?!
Mәn ki qocalmamışam,
Saçımdakı dәn nәdir?!

Nә görmüşdüm, nә görüm,
Qәm çörәkdi, ye görüm.
Dәrddәn uca de görüm,
Bu dağlara tәn nәdir?!

Hicran dönür hicrәtә,
Qәm dönür fәlakәtә.
Düş bircә gün qürbәtә,
Bilәrsәn vәtәn nәdir!

Almaniya, Münhen xәstәxanası, 2008, 13 mart

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir