Xalq şairi Zəlimxan YAQUB.”DOSTUN OLMAQ ÜÇÜN GƏLDİM DÜNYAYA”

Ey Haqqın varlığı, mәni sәn qoru,
Mәn sәni qәlbimtәk duyanlardanam.
Sәsindәn güc alıb, sözündәn tәpәr,
Sevgimi dünyaya yayanlardanam.

Çiçәklәr açılar gün işığında,
İmanlar paklaşar din işığında.
Sәhәr aynasında, dan işığında,
Sәni gözüm nuru sayanlardanam.

Canımda, qanımda halaldan maya,
Sinәm qәm çәpәri, köksüm sal qaya.
Dostun olmaq üçün gәldim dünyaya,
Allahın özünә әyanlardanam.

Var olsun bu dünya, sabahı varsa,
Yox olsun, sabahın tamahı varsa.
Qәlbimin nә qәdәr günahı varsa,
Gözümün yaşıyla yuyanlardanam.

Sükutun, xәlvәtin keçdim çәminә,
Çәkildim әbәdi ruh alәminә.
Tamarzı qalmadım dünya qәminә,
Dәrdin çoxluğundan doyanlardanam.

Haqqımın uğrunda çәkdim davamı,
Kafir zәhәrlәdi tәmiz havamı.
ƏSƏRLƏRİ
Peyğәmbәr qәlbindә qurub yuvamı,
Müşriklәr bağrını oyanlardanam.

Qәlbimdә dillәnәn hәr sәs, hәr sәda,
Bir Allah eşqiylә ötdü dünyada.
Min canım olsaydı, verәrdim fәda,
Bir canı yolunda qıyanlardanam.

Almaniya, Münhen xәstәxanası, 2008, 9 mart

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir