
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
Nə qədər günah tapdım kipriyində, gözündə.
Barmağının izini sildim, təmiz olmadı.
Silah dodaqlarından ikicə kəlmə atdın.
Güllələr mat qaldılar, bax gör ölən olmadı?
Bu ölüm qurtuluşdu,- ölüm qurtuluş deyil.
Sözlər intihar ipi,- intihar da iş deyil.
Şeir adlı namələr bir növ bildiriş deyil?
Mesajlar çoxaldılar ; görüb gülən olmadı.
Bəzi dərdlər qurumur,insanı dərd qurudur
Xatırlayandı yaddaş, bir də gördün – unudur.
İçimə bir qurd düşür,quduzlaşır qudurur-
Səni o qurdla boğdum, amma, gömən olmadı.
Könüldən dərd almağı öyrənmədi insanlar.
Arxada xatirələr dərdlərimə əl sallar.
Bir sevgi yaşadım ki,şahid oldu nisanlar.
O sevginin külündə məni görən olmadı?