Mənə can desən də, canım yox daha,
Bir ruha, nəfəsə dönən çağımdı.
Bahar buluduyam, səhər mehiyəm,
Kövrələ-kövrələ dinən çağımdı.
Sevgi nə, sevmək nə, sirrini qandım,
Sevdalar yolunda yatdım, oyandım.
Dodaqdan yanağa çıxdım, dayandım,
Dodaqdan buxağa enən çağımdı.
Bir bayatı sənsən, bir bayatı mən,
Bağrıma basıram bu həyatı mən.
Tamam yandırardım Kainatı mən,
Yaxşı ki, səngiyən, sönən deyiləm.