Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 44 of 44 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Ədəbiyyat İnstitutunda Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Post Views: 56 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq görkəmli elm xadimi Araz Dadaşzadənin 90 illiyinin qeyd edilməsinin önəminə toxunaraq qeyd edib ki, alimin ötən əsrin 70-90-cı illərində apardığı tədqiqatlar, …

Mədəniyyət

Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub

Post Views: 54 Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 29-da Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviçlə görüşüb.Səfiri salamlayan nazir Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində əlaqələrdən söz açıb.Söhbət zamanı Azərbaycan ilə Belarus arasında mədəni əməkdaşlığın inkişaf etirilməsi müzakirə olunub. Gələcəkdə mədəniyyət günlərinin keçirilməsi, bölgələrdə mədəni proqramların birgə təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Mənbə: https://culture.gov.az/

Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Qaxda vətəndaşları qəbul edəcək

Post Views: 97 Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il fevralın 13-də, saat 10:00-da Qax rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov prospekti 7 ) Şəki şəhəri, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən rayonlarından olan vətəndaşların …

Azərbaycan Prezidenti

Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 56 2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur. Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir …

Mədəniyyət

Maarif və tərəqqi yolunun fədaisi: Firidun bəy Köçərli

Post Views: 49 Bu gün görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin doğum günüdür Ömrünün 40 ilini millətinin maariflənməsi və tərəqqisi yolunda xərcləyən Firidun bəy Köçərli ədəbi fikir tariximizdə ən ali məqam sahibi kimi xatırlanır. Ötən əsr ədəbiyyatşünaslığının inkişafında müstəsna xidmətləri olan Firidun bəy Köçərli mənsub olduğu xalqın yaddaşında ölümsüzləşən ziyalılardandır. AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan …

Publisistika

Xalq yazıçısı Anar RZAYEV.”Keçən keçdi, olan oldu”

Post Views: 94 Söz başı Aşıq deyir: Bax bu qaşa, bax bu gözə, Yandı bağrım, döndü közə. Keçən sözü çəkmə üzə, Keçən keçdi, olan oldu. Bəzən bayatılarımızda, qoşmalarımızda, gəraylılarımızda ilk sətrlə son misralar arasında uyğunsuzluq, rabitəsizlik sezilir, beytlər elə bil bir-biriylə heç cür uzlaşmır. Sanki birinci cümlələrdə musiqi aləti köklənir ki, sonrakı misralarda melodiyanı xaric …

Azərbaycan ədəbiyyatı

Xalq şairi QABİL.Mərsiyə (20 Yanvar şəhidlərinə)

Post Views: 76 Gecəni atəş ilə qırmızı dan eylədilər,Xalqımı-millətimi gülləbaran eylədilər. Tutulub vahimədən nitq bu gün, dil bu səhər,Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.Gecəni atəş ilə qırmızı dan eylədilər,Xalqımı-millətimi gülləbaran eylədilər. Öz Qızıl Ordumuzun yurdumuza qəsdinə bax,Üstümə tank yeridən fitnəkarın şəstinə …

Mədəniyyət

Türkiyədə Qara Qarayev haqqında kitab nəşr edilib

Post Views: 86 Türkiyədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, akademik Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan kitab işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, “XX əsrdə Azərbaycan musiqisi və Qara Qarayevin əsərlərində şərq–qərb qarşılıqlı təsiri” başlıqlı kitabın müəllifi azərbaycanlı tədqiqatçı və tar ifaçısı Pərviz Musayevdir. Müəllifin magistratura elmi işi əsasında hazırlanan bu nəşr Azərbaycan …

Mədəniyyət

Ötən il Azərbaycana 2 milyon 570 mindən çox turist gəlib

Post Views: 76 Ötən il Azərbaycana dünyanın 189 ölkəsindən 2570,2 min və ya əvvəlki illə müqayisədə 2,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 23,9 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 …

Mədəniyyət

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib

Post Views: 76 Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.Yanvarın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin tabe qurumlarının iştirakı ilə Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunan genişləndirilmiş iclası keçirilib.Tədbirdə mədəniyyət naziri Adil Kərimli çıxış edərək Mədəniyyət Konsepsiyasının məqsədləri və qarşıda duran vəzifələr barədə …

Mədəniyyət

“Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub

Post Views: 58 Yanvarın 22-də Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib.Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, millət vəkilləri Fazil Mustafa, Ceyhun Məmmədov, Elnarə Akimova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov, mükafatın …

Ana səhifə

Təhminə BAĞIROVA.”Qar qız”

Post Views: 88 Bağırova Təhminə Fərrux qızı 12.02.1977-ci ildə Kəlbəcər rayonunun Hacıkənd kəndində anadan olub. 1984-cü ildə həmin kənd məktəbinin 1-ci sinfinə daxil olub, Kəlbəcər yayonunun işğalı ilə bağlı orta təhsilini 1993-cü il 10 aprel tarixindən Göygöl rayon 3 saylı orta məktəbdə davam etdirərək, 1994-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. 1996-cı ildə ADPU-nin Filologiya …

Mədəniyyət

Bu gün Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür

Post Views: 67 Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar. Zəlimxan Yaqub məhz belə şairlərdən olub. Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir. XX yüzilliyin 70-80-ci illərində xalqın milli-mənəvi dünyasında azadlıq və istiqlaliyyət meyilləri gücləndiyi şəraitdə Zəlimxan Yaqubun böyük potensiala malik ədəbi imkanları bütün …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Şair, nə tez qocaldın sən!”.

Post Views: 52 Nemətsə də gözəl şer,Şair olan qəm də yeyir.Ömrü keçir bu adətlə,Uğurlu bir səadətlə.Görən məni nədir deyir:Saçlarına düşən bu dən?Şair, nə tez qocaldın sən! Dünən mənə öz əlindəGül gətirən bir gəlin dəGözlərində min bir sualHeykəl kimi dayandı lal…O bəxtəvər gözəlin dəMən oxudum gözlərindən:Şair, nə tez qocaldın sən! Ovçuluğa meyil saldım,Gecə – gündüz çöldə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər

Post Views: 95 Doğuldum 1939-da,1937-də tutuldum.48-də nənəm öldü,ömrümdə ilk dəfəölüyə ağladım.Balıqlar saxladımakvariumda.Açıq qaldı pəncərəmbir qış gecəsi.Dondu balıqlar…İndi 1965-inyanvar gecəsidir.Deyəsən yaşamaq istəyirəm. Uzaq yaşıl ada Ürəyim yol çəkir bir gözə dönüb,Yollar da tərs kimi uzanır, gülüm.Yuxumdan hər gecə durnalar keçir,Bilmirəm nə olub, haradan bilim?!Belə getsə sınar quşların səsi,Dənizin də səsi günbəgün batar.Yubanma, əzizim, gəl qurtar məni,Arxadan …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”SƏN BAĞIŞLADIN”

Post Views: 58 Bəstəkar Emin Sabitoğlu Mənə üfüq boyda geniş səmanı,göydə buludları, yerdə dumanı,dənizdə dalğanı sən bağışladın,bu hüsnü-mənanı sən bağışladın. Uzanan yolların dümağ sətrini,dünyanın ən gözəl çəmən ətriniqumlu sahillərdə sən bağışladın,o zərif əllərdə sən bağışladın. De, nədir səadət həyatda, gülüm,bir könül xoşluğu, bir az təbəssüm.Onu da, bunu da sən bağışladın,dünyanı dünyada sən bağışladın.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”GƏLDİM”

Post Views: 56 Mən yerin altdan çıxdım,Mən yerin üstdən gəldim.Bir ucu göyə bağlı,İlahi səsdən gəldim. Ruhum halal mayadan,Mayam nurdan, ziyadan.Dağdan, daşdan, qayadan,Dəmirdən, misdən gəldim. Haray sazı, ün sazı,Ömür sazı, gün sazı,Sinəmdə türkün sazı,Dilimdə dastan gəldim. Mənəm haqqın aşığı,Söz haqqın yaraşığı.Eşqim Allah işığı,Haqq adlı dostdan gəldim. Gözüm nəmin yuvası,Könlüm qəmin yuvası,Can sitəmin yuvası,Ələmdən, yasdan gəldim. Suya …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.Qəzəllər

Post Views: 95 QƏZƏLLƏR Yaxşı məclisdə, könül, söhbət məhəbbətdən düşər,Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər. Darda meydandan qaçan, ağ gündə cövlan eyləyən,Hər kim olsa, el içində, məncə hörmətdən düşər. Kim ki, aləmdə “təkəm mən, məndən olmaz” söyləsə,Şübhəsiz gözdən düşər, bir sözlə şöhrətdən düşər. Olsa da məddahı minlərlə, nə qəm tezdən də tez,Xalqına bağlanmayan sənət təravətdən düşər. …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Ürəyimdə aparacam bu eşqi”

Post Views: 72 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Ürəyimdə aparacam bu eşqi,Kəfənədək, qəbirədək mənləsən.Hər cizgini yaddaşıma yazmışam,Unutmaram bir də səni görməsəm. Nə fərqi var yoxluğunun beynimə?O, saatsız, o, zamansız, o, səssiz.Geyinmişəm sənsizliyi əynimə,Əbədiyyən qovuşmarıq daha biz. Qəbul etdim, tərki-silah eylədim —İnadımı, inamımı, eşqimi.Bir də sənin pəncərəni döymədim,Uçub …

Publisistika

Banu MUHARREM.”Yazıstan”

Post Views: 83 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Elə bir zəhərdir ki, çox sevmək. Bütün pislikləri bir-birimizi çox sevərək edirik. Miqdar qoya bilmədən çox sevə bilmirik. Məsələn, ya çox sevəcəyik, hər şeydən çox sevərək. Ya da qanımızla, canımızla nifrət edəcəyik. Çünki sevdiklərimizdən bu cür gördük. Sonra böyüdük, …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər

Post Views: 69 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri … Bir başıpapaqlıHəsrətdi mənimki,Mən də mental düşüncədə –Sözündən çıxa bilmədim.Gecə bilmədim,Yuxu bilmədim.Bütün qaydaları pozdum,Bir addım qabağa çıxdım.Bu qadın canımlaBir damcı qorxu bilmədim.Bəs sən neylədin mənimçün? Bacara bilmirəm özüm özümlə,Bilmirəm gen …

Publisistika

Filologiya üzrə fəlsəfə doktoru: Dilimiz yad təsirlərə, əsasən, onlayn platformalar vasitəsilə məruz qalır

Post Views: 55 Ana dili ünsiyyət vasitəsi olmaqla yanaşı, özündə tarixi və mədəni kodları ehtiva edən bütöv bir sistemdir. Hər bir dil işarəsi, hər bir dil vahidi xalqın düşüncə tərzinin ifadəsidir. Məlum olduğu kimi, dil və təfəkkür bir-biri ilə sıx əlaqədədir və bir-birinə qarşılıqlı təsir göstərir. Dilimizi qorumaq milli şüurumuzu, kimliyimizi qorumaq deməkdir. Bu isə …

Mədəniyyət

Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib

Post Views: 47 Bakıda Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib. AZƏRTAC xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə şairin mənalı ömür yolundan və zəngin yaradıcılığından söhbət açılıb. Gecədə akademiklər Nizami Cəfərov və Muxtar İmanov, ədəbiyyatşünas Əsəd Cahangir, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xalq şairi Sabir Rüstəmxanlı, tədqiqatçı-alim, …

Azərbaycan Prezidenti

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 56 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə qərara alıram: 1. “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” (bundan sonra – Konsepsiya) təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan …

Mədəniyyət

Ötən il kinoteatrlarda 30-a yaxın yerli film nümayiş olunub

Post Views: 83 Ötən il Azərbaycan kinoteatrlarında tamaşaçılara ümumilikdə 27 yerli film təqdim olunub. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyişməz qalıb. AZƏRTAC xəbər verir ki, bu rəqəm milli kino istehsalının sabit ritmdə irəlilədiyini göstərir. Ümumilikdə, 2025-ci il yerli filmlərin həm say, həm də müddət baxımından dayanıqlı performans nümayiş etdirdiyi il kimi qiymətləndirilə bilər. Mənbə: https://azertag.az/

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər

Post Views: 53 Meşəbəyi Kef üstündə kefimiziGəldi, sordu meşəbəyi.Buyur!- dedik, atdan enib,Bardaş qurdu meşəbəyi. Qamçısını atdı sola,Çantasını çəkdi dala.Şirin-şirin, bala-balaBizlə vurdu meşəbəyi. İsti kabab , təzə fətir.Doymaq olmur,yenə gətir.Bığlarını arada birEşib burdu meşəbəyi. Altmışını verib yelə,Düşməyibdir ruhdan hələ.Qarşıdakı bir gözələGöz də vurdu meşəbəyi. Yatdı biri -keflənərək,Birini də yıxdı külək.Hüseynlə axıradəkMöhkəm durdu meşəbəyi Qədim Gəncə çinarları …

Publisistika

İlhamə Qəsəbova: Qazax aşıqlarının yaradıcılığında XIX əsr xüsusi mərhələ təşkil edir

Post Views: 76 Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında Qazax mahalının da xüsusi yeri var. Daha çox aşıq sənəti ilə tanınan Qazax mahalı saza-sözə bağlılığı ilə fərqlənən sənət mərkəzlərindəndir. Əsasən XIX əsrdən etibarən intensiv inkişaf mərhələsinə qədəm qoyan və XX əsrdə öz zirvəsinə çatan Qazax aşıq ədəbiyyatı haqqında 1930-cu illərin mənbələrində dəyərli məlumatlara rast gəlinir. Bu …

Mədəniyyət

Azərbaycan Yazıçılar Birliyində “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib müşavirə keçirilib

Post Views: 46 Yanvarın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan dilinin qorunması və inkişafına həsr olunmuş “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai Bu barədə AZƏRTAC-a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib. Bildirilib ki, müşavirəni giriş sözü ilə AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli açıb. O, Azərbaycan dilinin qorunması və saflığı ilə bağlı ölkə Prezidentinin çıxışlarını …

Mədəniyyət

Kimlər gəldi, kimlər getdi…

Post Views: 52 Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür Özünəməxsus üslubu və bənzərsiz ifa tərzi dinləyicini sehrinə salan sənətkarlardan biri də Mirzə Babayevdir. O, mahnı ilə yaşayırdı. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara …

Azərbaycan ədəbiyyatı

 Banu Muharrem.Yeni şeirlər

Post Views: 74 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. * * * Nədir əllərimə dəyən bu boşluq?Nədir qollarımda dərin qaranlıq?Siyah gözlərimə necə vurulubKuzə gözündəki alatoranlıq?! Neçə dil danışsam çətindən çətin!Tərcümə edilmir belə duyğular.Nifrəti unudub qorunu sevənürəyin işinə qarışmaq olar?! Eşq elə atəş ki, inad edilməz!“Cəhənnəm oduna” nə ad …

"Yeni nəşrlər"

Şairə Banu Muharremin “YarAdam” adlı yeni şeir kitabı çap olunub

Post Views: 70 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,  Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, şairə Banu Muharremin “YarAdam” adlı yeni şeir kitabı çap olunub. “Qanun” nəşriyyatında çap olunan kitaba Xalq şairi Vahid Əziz və şair Ayaz Arabaçı ön söz yazıb. Banu Muharrem (Sadıqova Banu Məhərrəm qızı) Azərbaycan …

Mədəniyyət

Arzu Hüseyni doğum günü münasibətilə təbrik edirik! (12 Yanvar)

Post Views: 98 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının rəhbərliyi, bütün kollektivi Sizi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbərini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyir! Arzu HÜSEYN: Kimsə dərk eləməz içimdəkini,Qapalı qutuyam, qaranlıq quyu.Mən sülhə dəyişdim içimdə kini,Zamanla duruldu bulanıq …

Publisistika

Aytən Əliyeva – Şahmat: iki mədəniyyətin səssiz mübarizəsi

Post Views: 88 Stefan Sveyqin “Şahmat” əsəri 1941-ci ildə yazılmış psixoloji novelladır. Əsərin hadisələri Nyu-Yorkdan Buenos-Ayresə gedən bir gəmidə baş verir. Burada iki fərqli insan qarşılaşır: dünya şahmat çempionu Mirko Çentoviç və avstriyalı hüquqşünas Doktor B.   Çentoviç kobud, cahil, ancaq instinktiv olaraq güclü bir şahmatçıdır. Doktor isə faşistlər tərəfindən həbs olunmuş, uzun müddət tək kamerada …

Publisistika

Nigar Şahverdiyeva (Sosioloq, araşdırmaçı yazar): Dahilik Romantikası – etik boşluqlar və sosial mif

Post Views: 59 “Dahi” sözü tarix boyu həm heyranlıq, həm də bəraət aləti olub. Bu anlayış çox vaxt insanın yaratdıqlarını deyil, dağıtdıqlarını görməməzliyə vurmaq üçün işlədilib. Dahilik istedadın zirvəsi kimi təqdim edildikcə, onun arxasında gizlənən eqoizm, emosional məsuliyyətsizlik və etik boşluqlar adiləşdirilib. Sanki “dahi” olan insan üçün adi insan qaydaları keçərli sayılmır. O, sevirsə sərhədsiz, dağıdırsa …

Ana səhifə

Xəzinə dolu dünya – FOTOREPORTAJ

Post Views: 50 Milli mətbuatımızın banisi, görkəmli maarifçi Həsən bəy Zərdabi deyirdi: “Yaxşı kitab çox qiymətli xəzinədir”. Məşhur rus yazıçısı və filosofu Aleksandr Gertsen isə kitaba belə dəyər verirdi: “Kitab bir nəslin digər nəslə vəsiyyətidir”. Bu fikirlər isə fransız filosofu və riyaziyyatçısı Rene Dekarta məxsusdur: “Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək …

Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini də uğurla genişləndirməkdədir

Post Views: 55 Beynəlxalq Muğam Mərkəzinin nəzdində 2 kollektiv və Mərkəzin solistlərindən ibarət heyət fəaliyyət göstərir. Bunlar Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor Kollektivi, eləcə də tanınmış xanəndə və instrumental ifaçılardan ibarət solistlər heyətidir. Hər üç kollektiv dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edir, həm respublikamız daxilində, həm də ölkəmizdən kənarda …

Mədəniyyət

Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür

Post Views: 68 Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından 10 il ötür. AZƏRTAC xəbər verir ki, müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir. Zəlimxan Yaqub son əsrdə xalq şeiri, klassik düşüncə tərzi, təsəvvüf fəlsəfəsi ilə müasirliyi birləşdirən poetik yolun yolçusu kimi ədəbiyyat tariximizdə mühüm yer tutur. Onun poetik ruhu təsəvvüf işığında …