
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Gedirsənsə, neyləyək, get,
Yollarını kəsirəm ki?
Asta-asta ölürəm də,
Hara tələsirəm ki?!
Məndən apardığın nədi?
Bir göstər görüm nəyin var?
Gözlərimdə, ürəyimdə
Əcəb, yaxşı ölməyin var.
Hələ göynəyir sinəmdə,
Unutmasın yaram səni.
Qorxuram keçəm səhvindən,
Yenə bağışlaram səni.