
Türkü-Türkdən qoparmağa çalışanlar ,
bu çabalar əbəs cəhtdi,
Azərbaycan-Türkiyəylə bi vücudda;
biri candı, biri qəlbdi,
Biri yerin Cənubunda,
o birisi Şimalında,
hər ikisi hamı ilə
mehribanlıq amalında,
Üstümüzə ehmal qaçın-
sonra çaşıb yıxılmayın,
Vətən Türkün göz bəbəyi-
zirehlənib məkanına soxulmayın!
Yağı düşmən həmlələrin çox götmüşük,
biz o qədər süngüləri
qırıb-atıb,
biz o qədər zəhərlənmiş
ox görmüşük!
Dədə Qorqud zamanından indiyədək
çox olublar qanımıza susayanlar,
min təəssüf ki, hələ də var
biz- Türkıərin qüdrətini anmayanlar.
Türkün oldu nəfəsindən zirvələrdə qar əriyər,
ətlə-dırnaq arasına girən çör-çöp tez çürüyər,
Son zamanlar baş verənlər
baş tutmayan bir qələtdi,
Türkü-Türrkdən qoparmağa
çalışmayın-
biri candı, biri qəlbdi…