Zirvələrə çən gələ,
Duman gedə, çən gələ,
Fələk bir oyun qura
Qəlbimdən keçən gələ,

Aşıq, çaylar daşanda,
Sel-selə qarışanda,
Alaq həddin aşanda
Çəməni bıçən gələ,

Bezdim həsrət səsindən,
Hicranlar hədəsindən,
Dərdi Eşq badəsindən
Mənimlə içən gələ,

Duman gedə, çən gələ,
Qəlbimdən keçən gələ,
Dünya qopur-“yaxşını”-
“yamandan” seçən gələ..