“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri

Ürək, bir vaxt bəzəmişdin,
Təmtəraqla qapını.
İndi yaman səs eyləyir,
Bir az yağla qapını.

Yolun yoxuş, yolun hamar,
Hərdən oyaq, hərdən xumar.
Birdən kimsə mədət umar,
Açıq saxla qapını.

Mənli həyat, mənsiz rahat,
Gedirəm mən, qal salamat.
Yola sal, arxamca su at,
Sonra bağla qapını!