Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 4 of 4 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”SEVMƏK OLMUR”

Post Views: 219 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Yaxını sevmək asan,Uzağı sevmək olmur.Yayın bu vədəsində,Sazağı sevmək olmur. Gur yandır ocaqları,Nurlat künc-bucaqları,Qaldır bu yasaqları,Yasağı sevmək olmur. Demirəm ki, “canı yax,Nazınla hər yanı yax”.Ya solu seç, tanıyaq,Ya sağı… sevmək olmur. Bağrında daş anılır,Gözündə yaş anılır…Sənsiz də yaşanılır,Uzağı, sevmək olmur… 10.10.2026

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Bütün sevdalar eynidi”

Post Views: 193 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Bütün sevdalar eynidi, –Sonunda ayrılıq gizli.On sevdadan, and içimmi, –Onunda ayrılıq gizli?! Siz ha təzə-tər sanın da,Üzə gülməz tərs anında.Əsli adlı tərsanın daDonunda ayrılıq gizli. Kim deyir ki, yalın çıxın –siz önünə Yalıncığın?!Səhl Sumbat qılıncınınQınında ayrılıq gizlı. Bu su ömrün arxı dönür, –Başında çox …

Azərbaycan ədəbiyyatı

Azərbaycan Yazıçılar Birliyi üzvlərinin nəzərinə! – ELAN!

Post Views: 66 Azərbaycan Yazıçılar Birliyi üzvlərinin nəzərinə: Azərbaycan Yazıçılar Birliyi katibliyinin qərarına əsasən üzvlüklə bağlı əvvəlki illər üçün olan borclarını və 2026-cı il üçün 1 illik üzvlük haqqını 01.XI.2026 tarixinə qədər ödəməyənlər AYB üzvlüyündən xaric ediləcəkdir. Xahiş edirik ki, üzvlük haqqı ödəmək üçün Arzu xanımla (050 421-30-46, 051 507-15-17) əlaqə saxlayasınız. Mənbə: https://edebiyyatqazeti.az/

Mədəniyyət

2026-cı il üçün Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub

Post Views: 71 Kanadalı şair, yazıçı, esseist və tərcüməçi Enn Karson 2026-cı ilin Ədəbiyyat üzrə Nobel mükafatının laureatı elan edilib. O bu mükafata klassik ənənə ilə oynaq dialoq quraraq müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və yenilikçi yaradıcılığına görə layiq görülüb. “Enn Karson karyerası boyu ədəbi yaradıcılığını tərcüməçilik fəaliyyəti və müxtəlif universitetlərdə müəllimliklə əlaqələndirib. …