
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
Yaxını sevmək asan,
Uzağı sevmək olmur.
Yayın bu vədəsində,
Sazağı sevmək olmur.
Gur yandır ocaqları,
Nurlat künc-bucaqları,
Qaldır bu yasaqları,
Yasağı sevmək olmur.
Demirəm ki, “canı yax,
Nazınla hər yanı yax”.
Ya solu seç, tanıyaq,
Ya sağı… sevmək olmur.
Bağrında daş anılır,
Gözündə yaş anılır…
Sənsiz də yaşanılır,
Uzağı, sevmək olmur…
10.10.2026