“Vektor” Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı

Bax bu tin, bu bucaq, künc oturanın,
özünü nə qədər yozduranı var…
Gör hələ nə qədər dinc oturanı,
farağat duranı, düz duranı var…

Bu nə saxavətdi gözün qurbanı,
Əvvəl dərdi gəlir sonra dərmanı.
Zamanın elə öz hökmü, fərmanı,
vaxtın öz oyunu, öz dramı var.

Çox azman tikilmir, zorba tikilmir,
Savaşa tikilmir, hərbə tiklimir.
Kiməsə boşuna “torba” tiklimir,
qazılan quyunun qazdıranı var.

Qudurub, nədəni, niyəsi yoxdu,
Xətrinə toxunub, dəyəsi yoxdu.
Nə vaxtdı bu itin yiyəsi yoxdu,
nə vaxtdı bu itin azdıranı var.

Necə gəlib keçdi, necə yazıdı,
Nə başdan çən, duman, dərd ayazıdı.
Eh, bu da bir cürə qara yazıdı,
yazanı vardırsa, yazdıranı var…