Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü

Bir yanımız uca Şahdağ,
Bir yanımız mavi gözəl.
Bir yanımız Türkiyədir,
Bir yanımız Bəhri-Xəzər.

Neçə-neçə igid yurdu,
Neçə-neçə məğrur ana.
Mübarizi Poladıyla,
Azad yaşar körpə bala.

Xoş günümüz, xoş çağımız,
8 Noyabra düşüb.
44 günümüzə
Zəfər düşüb, uğur düşüb.

Çatıb şadlıq tonqalını,
Oğuz elini səslə toya.
Soraq-soraq, avaz-avaz
Savalandan keç Qubaya.

Yallı gedən Qafqaz dağı
Sıralanıb əsgər kimi.
Saf bulaqlar şirin-şirin
Məsumladar, silər kini.

Şəhid qızı ,şəhid oğlu
Ananın məğrur qanadı.
3 rəngli bayraq altında
Azərbaycan amanatı.