
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Hamıya gün ağlamışdı,
Dualar.
Mənə çatdığı gün
Qurudu göz yaşları,
İslanmadı saçlarım…
Dərdi ağına hörmüşdü,
Naxış-naxış.
Kəsib atdım
Hörükdəki saçımı…
Bu payızdakı son çiçək
Solmadı,
Gözlədi məni.
Dərib sancdım
geri qalan saçıma…
Duaların gücü yoxdur
Ovcumda.
Ta o gündən bəridir,
Nə məni ağlada bildi,
Nə də ki saçlarımı…