
Ömürlər də açır,solur-
Sevir, sevilir, seçilir,
Sonra öyrəncəkli oıur-
Qorxaq min dəfə əzilir,
Zəif hər yerdə kiçilir,
Qocaldım dağda-aranda,
Qar üşüdüb, Gün vuranda,
Keşikdə satqın duranda
Millətin qanı içilir,
Gah qəlbim yandı, gah dilim,
Yurdum oldu dilim-dilim,
Manqrtam ki, alimimin
Ağlı qəfəsdə ölçülür?
Bir əbədi Gün kimidir,
Saçımdakı dən kimidir,
Vətən də kıfən kimidir-
İnsana bir yol biçilir…
20,04,2006