Başımızın üstüylə zaman yol salıb gedir,
qəlbimiz cavan qalır,
Dünya qocalıb gedir.

Qucaqlaşıb dözmüşüşük şaxtalara, bürküyə,
Birlukdə böyümüşük
Azərbaycan-Türkiyə,

Dünyanln yollarında əbədi yoldaşlarıq,
Biz qardaşllıq deyilik;
Doğmaca qardaşlarıq!

Əbədi birliyimiz sədləri yıxacaqdı,
Aramıza girməsin Türkə düşmən kəsilən,
Dəmirdir yumruğimuz-
əzilib çıxacaqdı,
Azərbaycan-Türkiyə
daim ucalacaqdı,

Olacaq bundan sonra
daha nurlu, imkanlı-
nümunə hər ölkəyə,
Ərdoğanlı- İlhamlı
Azərbaycan- Türkiyə…