
Regionun ən böyük kitab festivallarından biri olan 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi 21-27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək!
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, SOCAR-ın əsas tərəfdaşlığı ilə baş tutacaq sərgi bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunur.
Sərgidə 32 ölkədən 200-dək təşkilat iştirakı edəcək. Kitabsevərləri yeni nəşrlər, müəlliflərlə görüşlər, imza saatları, kitab təqdimatları və müxtəlif yaş qrupları üçün maraqlı tədbirlər gözləyir.
📅 21-27 oktyabr 2026
🕙 10:00-20:00
📍 Bakı Ekspo Mərkəzi
🎟️ Giriş ödənişsizdir!
Kitablarla dolu bu böyük mədəniyyət hadisəsini qaçırmayın. Ailəniz və dostlarınızla birlikdə 12-ci Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət edin!