Mayın 30-da Qax şəhər Qaxingiloy Mədəniyyət evində Qax şəhər Uşaq İncəsənət məktəbinin “Yekun-hesabat konserti” keçirilib. Tədbirə dəvət olunan qonaqlar əvvəlcə məktəbin təsviri incəsənət şöbəsinin şaqirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konsertdə məktəbinin müəllim və şagirdlərindən ibarət kollektivlərin, xanəndəlik şöbəsinin şagirdlərinin ifasında müxtəlif musiqilər səsləndirilib, xareoqrafiya şöbəsinin şagirdləri tərəfindən rəqs nümunələri təqdim edilib.
