Balaca dünyaların böyük bayramı

Mayın 30-da Balakəndə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Balaca dünyaların böyük bayramı” adlı bayram şənliyi keçirilib.Tədbir çərçivəsində uşaq kitabxanası tərəfindən maraqlı kitab sərgisi təqdim olunub. Balakən Mədəniyyət Mərkəzinin könüllüləri müxtəlif obrazla uşaqlarla əyləncəli oyunlar keçiriblər. Təhsil sektoru tərəfindən hazırlanan musiqili nömrələri tədbirə xüsusi rəng qatıb.