Şəkidə “Təkəlduz” sərgisi

Mayın 29-da Şəki şəhər Heydər Əliyev Mərkəzində “Təkəlduz” sənətkarlığı ilə məşğul olan Türkan Əhmədovanın əl işlərindən ibarət sərgi keçirilib.

Türkan Əhmədova bu sənətlə 2008-ci ildən məşğul olur. Onun əl işlərində təkcə sapla işlənmiş naxışlar deyil, illərlə yığılan sənət sevgisi, milli dəyərlərə hörmət və estetik zövq aydın görünür.

İndiyədək ölkə daxilində bir sıra sərgilərdə iştirak edən sənətkar “Diplom” və “Təşəkkürnamə” ilə təltif olunub.