Filologiya elmləri doktoru, Ədəbiyyatşünas, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü,

Nağıl sevgilərdə qaldım,
Məni gerçək sanmadılar.
Elə yerdən yaralandım,
Yara bilib sarmadılar.

Ağrılar içimdə dağdı,
Zirvəsinə alov yağdı.
Hər dərdə körpəm tək baxdım,
Gəlməkdən usanmadılar.

Söz olub Haqqa deyildim,
Söz üçün ölüb dirildim.
Həyatı yanmaqda bildim,
Ondan mənə yanmadılar.

Tutundum qələm-silaha,
Yenə də pənah Allaha…
Gücümdən yoruldum daha,
Yoruldum, inanmadılar.