Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri.

Külək çaldi yel kökləyən kamançanı
Şahə qalxdi ağaclarin həyəcanı.
Yarpaq örtdü yay ətirli göy xonçanı,
Payız yaman tələsdi.

Susdu şirin nəğməsi də turacların,
Doluxsundu nanəsi də yamacların.
Həna yaxib əllərinə ağacların
Payız yaman tələsdi.

Gözüm düşdü ağaclarin sırğasına,
Əsmə külək, sirğa düşər, sırğa sınar!
Həsrət qaldi bu çöllər də durnasına,
Payız yaman tələsdi.

Rübənd saldi çöhrəsinə ulduzlar da,
“Sari gəlin” yenə dindi ağizlarda.
Köçən köçdü, nişanlandı…Bu qızlar da
Bu payiz yaman tələsdi.
Payız yaman tələsdi…