
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri,
08 noyabr — Zəfər günümüzün şanlı tarixi, eyni zamanda Vətən uğrunda canından keçən cəsur zabitimiz, Baş Leytenant Teymur Məcidzadənin şəhadətə ucaldığı andır. 10 oktyabr isə Şəhidin doğum günüdür.
Şuşa zirvəsində qanı ilə dastan yazan, yuxusu Şuşada bitib ruhu əbədiyyətə qovuşan Vətən oğulları sayəsində bu torpaq azaddır. Şuşa bu şeirdə təkcə bir şəhər deyil, o, ananın yuxusunun çin olduğu, tamamlandığı və oğlunun əbədiyyətə qovuşduğu zirvədir. Şəhid Teymur Məcidzadənin və bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.
2023-cü ildə Teymur Məcidzadənin bütün həyatını yazan “Şuşada bitən yuxu” kitabı çap olundu. Kitabı Könül Fazilqızı qələmə aldı, Həyat Şəmi romanlaşdırdı.
Bu şeirdəki “Yuxusu Şuşada bitən Teymurum” və “Şuşa qayasında dizi qalan var…” misraları oxucunu kövrəldir. Məkan artıq birbaşa Şuşa qayalarıdır. Zəfərin necə ağır bədəllərlə qazanıldığı göstərilir: Şuşa qayalarında şəhidlərin dizinin izi, tökülən qanı və diz çökməyən ruhu (“özü”) qalıb.
“VƏTƏN TEYMURUM” şeiri — fərdi bir acıdan doğub milli qürura, torpaq həsrətindən Zəfər təranəsinə çevrilən bütöv bir Poetik Şəhadətnamədir.
Vətən sevgisi ilə şəhadət zirvəsinə ucalan qəhrəmanımızın obrazı çox canlı və poetik ifadə olunub. Bu şeir təkcə bir şəhidin xatirəsinə yazılmış ehtiram nəğməsi deyil, qədər, milli yaddaş, təbiətin ədaləti, ananın və şairin bitməyən fəryadı və Vətənlə şəhidin əbədi bütövləşməsi fəlsəfəsini təcəssüm etdirir.
Ruhları şad olsun!
Doç.Dr. Həyat Şamıyeva