
İndicə rastlaşmısan,
Bir sevimli qız ilə.
Yəqin ki,gözəllikdə,
Yarışar ulduz ilə.
Suyu çox şirin gəlir,
Qonşunun qızı deyil.
Bəyəndiyin o qızın,
Saçları uzun deyil.
Tanış gəlir siması,
Harda görmüsən axı?!
Fürsət də gözləyirmiş,
Ürəyindəki ağrı.
Bəlkə də o bu günü,
Yuxusunda görübdür.
Bu qədər məsafəni,
Sənə görə gəlibdir?
Bircə addım atmamış,
Ayaqların büdrədi.
Qara pişik keçmədi,
Bir it sənə hürmədi.
Bəs nə oldu saxlayan?
Səni addım atmağa?
Hünərinmi çatmadı?
Vaxtı dayandırmağa?
Amansız dəqiqələr,
Qanadlandı quş kimi.
O qız addımladıqca,
Baxırdın bihuş kimi.
Taybatay açılmışdı,
Ürəyinin qapısı.
O qız üçün dayandı,
Qatarların hamısı.
Qatar yola düzəldi,
Kaşkilər sıralandı.
Sən yola boylandıqca,
Qız gözdən aralandı.
Başıbatmış saat da,
Yatmağa vaxt tapmışdı.
Sən işə gecikirdin,
Qız ünvana çatmışdı.
Gözün yola dikildi,
Qatar gözdən itincə.
Əllərin həsrət qaldı,
Bir ovucluq sevincə.