
Dünya yaranışdan haqsızlıq edir,
Özü əkdiyini özü də biçir,
Dahilər cahanı bivaxt tərk edir,
Meydan xırda-xuruş əlinə keçir,
Beləcə ətrini itirir həyat,
Açılan sovulur, dəyən büzüşür,
Dünya gözümüzdə olaraq boyat-
Sayqısın itirir,
nüfuzdan düşür,
İtirir ləzzətin yazlar, payızlar,
Çaylar- biçarələr gözyaşlarıdır,
Hərdən düşünürəm –
“Dağ-daşlar ki, var-
İnsanın Dünyaya qarğışlarıdır”
Bir cavab yazın