Viranə oldu həyatım-
Evin yıxılsın, zamana!
Qızıl sünbül dayağıydım-
Biçilib döndüm samana,

Kim Dünyadan baş çlxarar?
Bəd xəbər təlaş çıxarar,
Həsrət gözdən yaş çıxarar
Qəlbə damannan- damana,

Bir ürəkdə güman oldum,
Başqasında duman oldum,
Vaxt ötüşdü, baş açmadım-
“Bəxtəvər nə zaman oldum”?