
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri, şairə-publsist
Vətən! mənim dilimdəki ən şirin söz,
Qulağımda sədalanan ən doğma səs.
Vətən, sənə “Can!” demişəm doğulandan,
Azərbaycan! Azadlığın hava, nəfəs.
Yuxudaydım, “dur!” səsinə oyanmışam,
Tariximin min dərsinə oyanmışam,
Düşmənimin təpəsinə dayanmışam,
Eyləyirəm yumruğumdan dünyaya bəhs.
Günəş doğur Qarabağın səmasından,
Qarqar, Xaçın daşıb çıxır məcrasından,
Hər yan gülür Zəfərimin sədasından,
Ağuşunda üç rəngli bayraq müqəddəs.
Göyərçinim vidalaşıb qəfəs ilə,
Xarıbülbül açır necə həvəs ilə,
Hüriyyətim miras oldu gənc nəsilə,
Sərhəddimdə ayıq-sayıq durub hər kəs.
Bu dünyada həyat qədər şirin bu səs.
Vətənim! Vətənim! Vətənim! Vətənim!