Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Əğyarın dərdindən əriyir canım,
Şam öz pərvanəsiycün yandığı kimi.
Vədəsiz – zamansız gələn o yarım,
Ayrılıb gedibdir, gəldiyi kimi…
Həsrət nalə edər, fəğan qoparar,
İntizar çəkməkdən saçım ağarar,
Qəlbim qübar olar, göz yola baxar,
Uzaqdan gəlirsən, sandığı kimi…
Nə olardı görən, halımı sorsan?
Arayıb, axtarıb, ya soraqlasan,
Vaxt gələr səhvini sən anlayarsan,
Peşiman olanlar qandığı kimi…
Nə xəbər, nə ətər qoyub getmisən,
Uzaqdasan, ya qeybə çəkilmisən?!
Mənə dağlar boyda bir dağ çəkmisən
Ürəyin içinə ox çəkər kimi…
Sənin yoxluğunla barışmıram mən,
Verdiyin əzaba qatlaşıram mən,
Səni röyalarda axtarıram mən,
Gerçəkdən gizlənib qaçdığı kimi…
Gözümün nurunu aparmısan sən…
Şöləm sönür bir vaxt saçdığı kimi…