Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
İstəyirəm göy üzündə hər zaman
Aydın bulud, parlaq günəş görünsün.
Xoşluq olsun, xeyir olsun, yox yaman
Bəşəriyyət xoşbəxt bir ömür sürsün.
Olmasın müsibət, nə müharibə,
Ahıllar, körpələr, cansız cəsədlər,
Qan – qada, faciə, bu zillət, bir də
Sağlığın itirmiş qazi, şəhidlər.
*
Yarı can da olmuş oğullar da var,
Bir qolu olmayan, qıçı olmayan,
Ona ümüd olmaz, bəlkə sağalar
Dərdinə yox dəva, dərd sağalmayan.
Bizimçün veribdir canından parça,
Bədəni doludur qəlpələr ilə,
Torpağa qarışıb qan parça – parça
Şəhadət yolunda, qədəmləriylə.
Bükülür bayrağa şəhidim mənim
Canından keçdiyi torpaq gözləyir.
Açıb qollarını, ağrılar deyir,
Ana balasını torpağa verir.
Gözünün yaşını bir QAZİ silir,
Axı o da bir şəhid yarısıdır.
SONA İNTİZARam, bilənlər bilir
VƏTƏN mənim üçün YER TANRISIDIR