Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 48 of 48 NƏTİCƏLƏR
Mədəniyyət

“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub

Post Views: 38 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçinin “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” kitabının təqdimatı keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, nəşrin müəllifi – kərküklü şair və tədqiqatçı, Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü …

Mədəniyyət

Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr edilmiş kitab Özbəkistanda oxuculara təqdim olunub

Post Views: 40 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr edilmiş “Vətən üçün can fəda edən qəhrəmanlar” (Vatan uchun jon fido qilgan qahromanlar) adlı kitab 27 Sentyabr – Anım Günü münasibətilə Mədəniyyət Mərkəzinin foyesində sərgilənərək geniş oxucu kütləsinə təqdim edilib. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, özbək dilində çap …

Mədəniyyət

Bu gün böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anım günüdür

Post Views: 40 Böyük zəhməti, parlaq istedadı, ürəyində gəzdirdiyi mərhəmət və xeyirxahlıq hissi onu daim yüksəklərə səsləyirdi. Elə buna görə də onun mənalı ömrü tutduğu vəzifəsindən asılı olmayaraq mənsub olduğu millətə xidmət etməklə keçib. XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani …

Mədəniyyət

Anım Gününə həsr olunmuş kitab sərgisi açılıb

Post Views: 34 Milli Kitabxanada “27 sentyabr – Anım Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər. Ənənəvi sərgidə qazanılan …

Mədəniyyət

Bu gün Bülbülün anım günüdür

Post Views: 39 Ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə “Bülbül” kimi tanınıb. AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik …

Mədəniyyət

Astanada Füzuli irsi anıldı: Azərbaycan və Qazaxıstan alimlərinin fikirləri

Post Views: 37 Astanada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qazaxıstanın Milli Akademik Kitabxanasında qazax dilində “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclis təşkil edilib. AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları bu mühüm hadisə ilə bağlı öz fikirlərini bölüşüblər. Mənbə: https://azertag.az/

Publisistika

Zəhra HƏŞİMOVA.”Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən təşkili” əsəri haqqında”

Post Views: 53 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri 1996-cı ildə nəşr olunan bu əsər Soyuq Müharibədən sonrakı dövrdə qlobal siyasətin, mədəniyyətin və kimliyin mahiyyəti haqqında gərgin müzakirələrə və müzakirələrə səbəb olmuşdur. Hantinqtonun əsərindəki mərkəzi tezisi, Soyuq Müharibənin sona çatmasının liberal demokratiya bayrağı altında sülh və əməkdaşlığın yeni dövrünü açacağını irəli sürən zamanın …

Publisistika

Zəhra HƏŞİMOVA.”JAN POL SARTRIN “SÖZLƏR” ƏSƏRININ FƏLSƏFƏSI”

Post Views: 53 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Ekzistensialist fəlsəfənin görkəmli nümayəndəsi Jan Pol Sartr müxtəlif əsərlərində insan varlığının, şüurunun və azadlığının mürəkkəbliklərini dərindən araşdırmışdır. Onun az tanınan, lakin eyni dərəcədə dərin məzmunlu əsərlərindən biri olan “Sözlər” əsəri (orijinal fransızcada “Les Mots”) fəlsəfəni şəxsi düşüncə ilə birləşdirən valehedici avtobioqrafik povest təqdim edir. …

Mədəniyyət

Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı

Post Views: 39 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçiriləcək. Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub. Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən …

Publisistika

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir!

Post Views: 55 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə sonuncu kurs bakalavr tələbələr, magistrlar və yeni məzunlar üçün 3 aylıq təcrübə proqramı elan edir. Proqram, istedadlı gənclərə beynəlxalq əlaqələr və mədəniyyət sahəsində professional iş təcrübəsi, dərin bilik və bacarıqlar əldə etmək imkanı yaradacaq. Bununla yanaşı, təcrübə proqramında iştirak edən gənclər, sahə …

Müsahibə

Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin nəzdində opera teatrı açılacaq

Post Views: 41 Azərbaycanın Xalq artisti, Azərbaycan Akademik Opera və Balet Teatrının solisti, müəllim Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin nəzdində opera teatrı açmağa hazırlaşır. AZƏRTAC -ın müxbiri ilə söhbətində o, bu layihənin ideyasının necə yarandığı və onun həyata keçirilməsi ilə bağlı gedən işlər barədə danışıb. – Fidan xanım, məktəbin nəzdində opera teatrı yaratmaq ideyası necə yarandı? – …

Azərbaycan ədəbiyyatı

Urmu gölünün öyküsü – Əkbər Qoşalının şeiri

Post Views: 41 Adıma Urmu derlər, Suyum göyə çəkilib… Göllüyüm qeyb olsa da, Yenə quru göllərin ən gözəli özüməm. Türküstan talesizi Aralın bacısıyam; O daha tez qurudu – Məhşərə hazırlaşır atamqızı, elə bil… Ən uzaq yaddaşımdan süzülüb gələnləri danışım, qoy qalmasın – Min illər öncəydi – biz ayrılanda Aral sağ əlini çəkdi başıma Başıma gələnə …

Mədəniyyət

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı – çap olunub

Post Views: 38 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının növbəti (2024 №1) sayı nəşr olunub. 1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap olunan jurnal 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir. “Azərbaycan ədəbiyyatşünaslığı” …

Mədəniyyət

Azərbaycanlı yazıçı Şəfa Vəliyevanın hekayəsi “Çağdaş Azərbaycan hekayəsi” antologiyasında işıq üzü görüb

Post Views: 72 Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birgəlik” seriyasından yayımlanan “Çağdaş Azərbaycan hekayəsi” antologiyasında “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəliyevanın hekayəsi işıq üzü görüb. Layihənin rəhbəri Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar …

"Yeni nəşrlər"

Din və maarif xadimi Şeyx Məhəmməd Rasizadə haqqında monoqrafiya çapdan çıxıb

Post Views: 58 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb. “Sənətkarın elmi pasportu – 47” seriyasına daxil olan tədqiqat Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın prezidenti akademik …

"Yeni nəşrlər"

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİNinin ”Bir gecənin bəyi, bir günlük savaşın şəhidi” adlı yeni kitabı işıq üzü görüb

Post Views: 80 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru  Nəcibə İLKİNin ”Bir gecənin bəyi, bir günlük savaşın şəhidi” adlı yeni kitabı işıq üzü görüb. Kitabın redaktoru Xalq yazıçısı Çingiz Abdullayevdir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat …

Publisistika

Lütviyyə ƏSGƏRZADƏ.”Nəcibə İlkin yaradıclığında Vətən və vətənpərvərlik ideyalarının poetik tərənnümü”

Post Views: 96 Dostoyevski deyirdi ki, “Dünyada baş verən hər bir şeyin mənə dəxli var”. Geniş anlamda dünyada baş verən hər bir şeyin yaradıcı adamlara dəxli var. Yəni janrından asılı olmayaraq yazılan əsərlər, bu poman da ola bilər, povest də, şeir də, dünyada baş verənlərin ədəbiyyatda inikasıdır. Fotoqraflar hər hansı bir mənzərənin və ya insanın …

Mədəniyyət

Rusiyada “İslamın minarəsi” jurnalının Nizami Gəncəviyə həsr olunmuş yeni sayı işıq üzü görüb

Post Views: 35 Moskvada “Mədinə” Nəşriyyat evinin “İslamın minarəsi” beynəlxalq jurnalının yeni sayı işıq üzü görüb. Beynəlxalq Müsəlman Forumunun məsul katibi, jurnalın baş redaktoru, ilahiyyat elmləri doktoru Damir Muxetdinovun təklifi ilə buraxılış bütövlüklə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunub. Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru, “İslamın minarəsi” jurnalının tematik sayının redaksiya heyətinin üzvü Səfa Kərimovun AZƏRTAC-a …

Mədəniyyət

“Çağdaş Azərbaycan hekayəsi” tatarca yayımlanıb

Post Views: 45 Qardaş Tatarıstanın paytaxtı Kazan şəhərində “Çağdaş Azərbaycan hekayəsi” antologiyası işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydulla və Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalının layihə rəhbəri olduğu antologiya, Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birgəlik” seriyasından yayımlanıb. Kazandakı …

Publisistika

Ədalət RƏSULOVA.”Bir ömrün səlnaməsi.Xalidə Hasilova” 

Post Views: 156                 XX əsr Azərərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri də Xalidə Hasilovadır. Görkəmli yazıçı, dramaturq, nüfuzlu dövlət və ictimai xadim olan X.Hasilova 1920-ci ilin 19 aprelində Azərbaycanın səfalı yerlərindən olan Zaqatalada anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirən Xalidə  Zaqatala Pedaqoji Texnikumunda təhsil almışdır. Texnikumu qurtardıqdan sonra bir müddət Qımır kəndində ibtidai sinif …

Mədəniyyət

Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

Post Views: 48 Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər. Mənbə: https://azertag.az/

Ana səhifə

“Struma səhnələri” festivalında Azərbaycan uşaqlarının rəsmləri nümayiş olunub

Post Views: 53 Bolqarıstanın Yunanıstanın Saloniki şəhərindəki Baş Konsulluğunun himayəsi, Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin tərəfdaşlığı və Küstendil meriyası, “Presto” musiqi evi və “Bratstvo 1869” icma mərkəzinin təşkilatçılığı ilə IV “Struma səhnələri” beynəlxalq festivali keçirilir. Builki festivalda Azərbaycan, Almaniya, Yaponiya, Bolqarıstan, Yunanıstan, Kamboca, …

Mədəniyyət

Bəstəkarlar İttifaqı Musiqi Günü münasibətilə silsilə təbdirlər keçirəcək

Post Views: 53 Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı müxtəlif tədbirlərlə çıxış edəcək. Bu barədə AZƏRTAC-a İttifaqın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 24-ü saat 12:00-da İttifaqın Konfrans zalında “Üzeyir Hacıbəyli – akademik” mövzusunda elmi konfrans reallaşacaq. Sentyabrın 25-i saat 15:00-da İttifaqın Üzeyir Hacıbəyli konsert salonunda bəstəkarların yeni əsərlərindən ibarət kamera-instrumental …

Mədəniyyət

Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək

Post Views: 40 Oktyabrın 5-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Türk dünyasının gənc yazarlarının I Bakı forumu keçiriləcək. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasından olan nümayəndələr iştirak edəcəklər. Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar AZƏRTAC-a bildirib ki, layihənin məqsədi Türk dünyasının tarixi …

Mədəniyyət

Məktəblilər üçün “İspan xalq nağılları” kitabı nəşr olunub

Post Views: 36 Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi İspaniyanın seçmə folklor nümunələrinin toplandığı nəfis tərtibatlı, rəngli illüstrasiyalı “İspan xalq nağılları” kitabını nəşr edib. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, məktəblilərin mütaliəsi üçün nəzərdə tutulan kitaba dostluq, sədaqət, mərhəmət kimi mövzuları əhatə edən “Qara quzu”, “Xəlifə və çoban”, “Xuan Arrada”, “Yaralı aslan”, “Xilaskar torağay”, “Şahzadə və dilənçi”, “Şair və …

Mədəniyyət

Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb

Post Views: 43 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Məmməd Araz dünyası” (həyatı və yaradıcılığı) kitabı işıq üzü görüb. “Sənətkarın elmi pasportu – 55” seriyasına daxil olan tədqiqat Ədəbiyyat İnstitutunun Elmi Şurasının 24 iyun 2024-cü il tarixli 4 saylı qərarı ilə nəşr edilib. …

Mədəniyyət

XX əsrin əvvəllərində Azərbaycanda nəşr edilən nadir kitablar nümayiş olunacaq

Post Views: 41 Sentyabrın 17-dən 19-dək Ufa şəhərində keçiriləcək MDB-nin iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının XVII Forumunda Başqırdıstan Respublikasının Milli Kitabxanası unikal “MDB xalqlarının mədəni irsi” adlı sərgisini təqdim edəcək. Bu barədə AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir. Təşkilatçılar bildirib ki, sərgidə kitabxana fondlarından MDB xalqlarının tarixi və mədəniyyətinə həsr olunmuş ən yaxşı …

Mədəniyyət

Bu gün görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür

Post Views: 39 Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür. AZƏRTAC xəbər verir ki, anadan olmasının 137-ci ildönümü tamam olan Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı bu gün də öz aktuallığını qoruyub saxlayır. Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub. Atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri …

Mədəniyyət

Azərbaycan “Voljskaya volna” kitab festivalında təmsil olunacaq

Post Views: 38 Sentyabrın 19-dan 22-dək Rusiyanın Saratov şəhərində “Voljskaya volna” kitab festivalı keçiriləcək. AZƏRTAC təşkilatçılara istinadla xəbər verir ki, festival çərçivəsində ziyarətçilər müəlliflərlə görüşə, mühazirələri dinləyə, kitabların təqdimatlarında iştirak edə bilərlər. Böyük kitab yarmarkası tədbirin qonaqlarının sərəncamında olacaq. Qeyd edək ki, ötən il “Voljskaya volna”nı təxminən 20 min nəfər ziyarət edib. Şəhərə Rusiya Federasiyasının müxtəlif …

Mədəniyyət

Bu gün Xalq artisti Muxtar Dadaşovun doğum günüdür

Post Views: 46 Kino tariximizdə iz qoyan, dərinməzmunlu yaradıcılığı ilə yaddaşlarda əbədiləşən sənətkarlarımızdan biri də tanınmış rejissor, Xalq artisti Muxtar Dadaşovdur. Muxtar Dadaşov ustad operator olmaqla yanaşı, həm də kinorejissor kimi fəaliyyət göstərib. Onun lentə aldığı sənədli filmlər tariximizin əsl kino salnaməsidir. AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti, kinorejissor, ssenarist, aktyor və operator Muxtar …

Azərbaycan Prezidenti

Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 48 Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2024-cü ilin dekabr ayında Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 100 ili tamam olur. Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. …

Mədəniyyət

Azərbaycan Türkiyədə keçiriləcək III Beynəlxalq Antalya Yörük Türkmən Festivalında təmsil olunacaq

Post Views: 35 Sentyabrın 13-dən 15-dək Türkiyədə III Beynəlxalq Antalya Yörük Türkmən Festivalı keçiriləcək. AZƏRTAC xəbər verir ki, ölkəmizi festivalda Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edəcək. Mərkəzdən verilən məlumatda bildirilib ki, əsrlər boyu Anadolunun zəngin mədəni həyatını formalaşdıran yörüklər, yəni, köçəri həyat tərzi sürən xalqlar Türk mədəniyyətinin mühüm bir hissəsini təşkil edib. …

Mədəniyyət

Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür

Post Views: 42 Onun həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur. O, XIX əsrin 50-ci illərinin sonunda böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanmışdı. Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik …

Mədəniyyət

Əməkdar rəssam ABŞ-da “Yaz təranələri” əsəri ilə Azərbaycanı təmsil edir

Post Views: 82 Azərbaycanın Əməkdar rəssamı Mehriban Əfəndi dünya üzrə seçilmiş 17 məşhur sürrealist rəssam içində “Yaz təranələri” əsəri ilə ölkəmizi ABŞ-da təmsil edir. AZƏRTAC xəbər verir ki, Vaşinqtondakı “Shotgun Studio” incəsənət qalereyasında açılan sərginin üç ay davam etməsi gözlənilir. Sərginin baş kuratoru Amerika sürrealist rəssamı Roch Fautch və Portuqaliyanın məşhur sürrealist rəssamı Santiago Ribeirondur. Onların …

ABC Academy

ABC Academy-nin Metodika üzrə peşəkar təlimçisi Yazgül HACIYEVA

Post Views: 53 Yazgül Hacıyeva ABC-nin Metodika üzrə təlimçi müəllimidir. Yazgül müəllim pedaqoji fəaliyyətinə 2007-ci ildən etibarən başlayıb və 17 illik təcrbüəsi var. Yazgül müəllim fərqli zamanlarda fərqli layihələrdə təlimçi qismində iştirak edib və fərqli müəssisəllərdə çalışıb: 2009-cu il “Müəllimlərin Peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi”; 2009-cu il “Milli Təhsil Məlumat Bazası”; 2010-cu il “İntel Gələcək üçün Təhsil”; …

ABC Academy

ABC Academy-nin Metodika üzrə peşəkar təlimçisi Zəvatə ORUCƏLİYEVA

Post Views: 45 Zəvatə Orucəliyeva ABC-nin Metodika üzrə təlimçi müəllimidir. Zəvatə müəllim 2004-cü ildən pedaqoji fəaliyyətə başlayıb və 20 illik təcrübəsi var. Zəvatə müəllim fərqli zamanlarda fərqli layihələrdə təlimçi qismində iştirak edib və fərqli müəssisəllərdə çalışıb: 2004-2012-ci illərdə 227 nömrəli tam orta məktəbdə müəllim; 2012-2015-ci illərdə 328 nömrəli tam orta məktəbdə müəllim; 2015-2018-ci illər Azərbaycan …

ABC Academy

ABC Academy-nin Fizika üzrə peşəkar təlimçisi Samirə VALEH

Post Views: 58 Samirə Valeh ABC-nin Fizika üzrə təlimçi müəllimidir. Samirə müəllimin 5 ildən çox pedaqoji təcrübəsi var və bir çox tanınımış müəssisələrdə repetitor fəaliyyəti ilə məşğul olub: 2021-2022-ci illərdə Evrika liseyində müəllim; 2023-2024 cü illərdə Zirvə liseyində müəllim; 2024-cü ildən etibarən EDU company təhsil mərkəzində müəllim. Samirə müəllim müdavimlər və abituriyentlər tərəfindən özünəməxsus izahları ilə …

ABC Academy

ABC Academy-nin İngilis dili üzrə peşəkar təlimçisi Günay ALLAHVERDİ

Post Views: 80 Günay Allahverdi ABC-nin İngilis dili üzrə təlimçi müəllimidir. Günay müəllimin pedaqoji fəaliyyəti ilə yaxından tanış olaq: 2018-ci ildən etibarən magistratura.az kursunda müəllim; 2020-2022-ci illərdə 301 saylı orta məktəbdə müəllim; 2021-2022-ci illərdə Kvant Academy təhsil mərkəzində müəllim; 2021-2023-cü illərdə Təhsildə Araşdırma və İnkişaf Mərkəzində müəllim; 2023-cü ildən Fizika Riyaziyyat və İnformatika təmayüllü liseydə …

ABC Academy

ABC Academy-nin Kimya üzrə peşəkar təlimçisi Vəfa RƏHİMOVA

Post Views: 58 Vəfa Rəhimova ABC-nin Kimya üzrə təlimçi müəllimidir. Vəfa müəllim pedaqoji fəaliyyətə 1994-cü ildən başlayıb və 30 illik təcrübəsi var. Vəfa müəllim fərqli zamanlarda fərqli layihələrdə təlimçi qismində iştirak edib və fərqli müəssisəllərdə çalışıb: 1994-cü ildə 13 nömrəli orta məktəbdə kimya-biologiya müəllimi; 1995-ci ildə Araz kurslarında kimya-biologiya müəllimi; 2000-ci ildə TQDK-nın (indiki DİM) …

ABC Academy

ABC Academy-nin həmtəsisçisi, Biologiya üzrə peşəkar təlimçi Camal KƏRİMOV

Post Views: 156 Camal Kərimov ABC-nin həmtəsisçisi və Biologiya üzrə təlimçi müəllimidir. Camal müəllim bakalavr təhsilini Azərbaycanda, magistr təhsilini Türkiyədə alıb. Pedaqoji fəaliyyətinə 2005-ci ildən başlayıb və 20 ilə yaxın təcrübəsi var. Bu 20 il ərzində Camal müəllimin saysız hesabsız uğurları var: 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülüb; 3-ü dövlət olmaqla …

ABC Academy

ABC Academy-nin həmtəsisçisi, Tarix üzrə peşəkar təlimçi Bəhruz CAVADOV

Post Views: 128 Bəhruz Cavadov ABC-nin həmtəsisçisi və Tarix üzrə təlimçi müəllimidir. Bəhruz müəllimi daha yaxından tanıyaq: 2007-2014-cü illərdə Araz kurslarında tarix müəllimi və test bank həmmüəllifi; 2014-2016-cı illərdə Dərs Evində şöbə müdiri, tarix müəllimi; 2016-2020-ci illərdə Kaspi Təhsil Şirkəti tarix müəllimi və tarix kabinetinin rəhbəri; 2016-2022-ci illərdə Xəzər Universiteti Dünya məktəbində tarix müəllimi; 2018-2020-ci illərdə Türkiyə Dəyanət Vəqfi …

ABC Academy

ABC Academy-nin həmtəsisçisi, filologiya üzrə peşəkar təlimçi Aqil ƏLİYEV

Post Views: 79 Aqil Əliyev ABC-nin həmtəsisçisi və Azərbaycan dili və Ədəbiyyat, İbtidai sinif Azərbaycan dili üzrə təlimçi müəllimidir. Aqil müəllim pedaqoji fəaliyyətində 2010-cu ildən başlayıb və 15 ilə yaxın təcrübəsi var. Bir çox yerli və beynəlxalq layihələrdə və təlimlərdə iştirak edib. Aqil müəllimin pedaqoji fəaliyyəti: 2010-2011-ci illərdə Yüksələn Etüd Mərkəzində müəllim 2012-2015-ci illərdə Hədəf …

Mədəniyyət

Azərbaycan Aşıqlar Birliyində “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olacaq

Post Views: 38 2024-cü il sentyabrın 5-də saat 12-də Azərbaycan Aşıqlar Birliyində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olacaq. Tədbirdə folklorşünas alimlər, ustad və gənc aşıqlar çıxış edəcəklər. İştirakçılara audiodisklər təqdim olunacaq. Arzu edənlər iştirak edə bilərlər.

Mədəniyyət

Azərbaycandan Dubaya turist axını xeyli artıb

Post Views: 41 Ötən ilin yayında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında viza rejiminin ləğv edilməsi iki ölkə arasında turizmin inkişafına faydalı təsir göstərib. Xüsusilə, təkcə 2023-cü ildə Azərbaycandan Dubaya turist axını 2022-ci il ilə müqayisədə 69 faiz artıb. Bu barədə Dubay İqtisadiyyat və Turizm Departamentinin Bakıda təşkil etdiyi tədbirdə deyilib. Dubayın İqtisadiyyat və Turizm …

Mədəniyyət

Nəsimi yaradıcılığı Almaniya ədəbiyyat portalında

Post Views: 31 Almaniyanın populyar “Reimemaschine” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin alman dilinə tərcümə edilmiş “Ey həq əhli, yəqin imiş bu xəbər” şeirinin yayımına başlayıb. Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin alman dilinə tərcümə müəllifi tanınmış alman tərcüməçisi …

Mədəniyyət

“Bakıdan Gəncəyə” layihəsində konsert təşkil olunacaq

Post Views: 33 Sentyabrın 24-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Bakıdan Gəncəyə” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə klassik musiqi gecəsi keçiriləcək. Bu barədə AZƏRTAC-a filarmoniyadan məlumat verilib. Konsert proqramında Xalq artisti Sevinc İbrahimova, Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov, Vasif Bayramov, Elmir Pişnamazzadə, Azərbaycan Dövlət Akademik Opera və …