Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birgəlik” seriyasından yayımlanan “Çağdaş Azərbaycan hekayəsi” antologiyasında “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəliyevanın hekayəsi işıq üzü görüb.

Layihənin rəhbəri Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydulla və Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalıdır.

Qeyd edək ki, “Çağdaş Azərbaycan hekayəsi” antologiyasının Azərbaycan Respublikasında və Qardaş Tatarıstan Respublikasında təqdimatı nəzərdə tutulub.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir