Camal Kərimov ABC-nin həmtəsisçisi və Biologiya üzrə təlimçi müəllimidir.

Camal müəllim bakalavr təhsilini Azərbaycanda, magistr təhsilini Türkiyədə alıb. Pedaqoji fəaliyyətinə 2005-ci ildən başlayıb və 20 ilə yaxın təcrübəsi var.

Bu 20 il ərzində Camal müəllimin saysız hesabsız uğurları var:

✅2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülüb;

✅ 3-ü dövlət olmaqla ümumilikdə 15 müəssisədə çalışıb;

✅ 9-u beynəlxalq olmaqla 50-dən çox layihə və seminarlarda iştirak edib;

✅ Daxili olimpiadalar üzrə dəfələrlə I,II,III yerlərin sahibi olub;

✅ Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant Müsabiqəsinin qalibi olub;

✅ Təhsil Nazirliyinin təşkil etdiyi Respublika müəllimləri üçün Sertifikasiya imtahanına hazırlıq kursunun təlimçisi olub;

✅ Virtual Məktəb Platformasında Təhsil Nazirliyinin Biologiya suallarının müəllifidir;

✅ Təhsil Nazirliyinin tabeliyində olan liseylərin aylıq qiymətləndirilməsi üçün Biologiya suallarının müəllifidir;

✅ Azərbaycan Respublikası Təhsil İnustitunun Biologiya fənni üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün metodik tövsiyyə kitabının müəllifidir;

✅ Fərdi və həmmüəllif olaraq 5-dən çox vəsait, məsələ və test bankların müəllifidir;

✅ TAİM-in Biologiya vəsaitinin, test bank və sınaqlar toplusu kitablarının müəllifidir;

✅ MİQ imtahanına hazırlaşdırdığı bir çox müdavim Respublika I,II və III-ləri olub;

✅ 2021-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən fəxri fərmana layiq görülüb;

MİQ, Sertifikasiya və abituriyentlər üçün əvəzolunmaz müəllimdir.