Aqil Əliyev ABC-nin həmtəsisçisi və Azərbaycan dili və Ədəbiyyat, İbtidai sinif Azərbaycan dili üzrə təlimçi müəllimidir.
Aqil müəllim pedaqoji fəaliyyətində 2010-cu ildən başlayıb və 15 ilə yaxın təcrübəsi var. Bir çox yerli və beynəlxalq layihələrdə və təlimlərdə iştirak edib.
Aqil müəllimin pedaqoji fəaliyyəti:
2010-2011-ci illərdə Yüksələn Etüd Mərkəzində müəllim
2012-2015-ci illərdə Hədəf Kurslarının İmişli rayon təmsilçiliyi, icraçı direktor və müəllim
2012-2017-ci illərdə İmişli rayon Rəsullu kənd tam orta məktəbində müəllim
2017-2021-ci illərdə Kaspi Liseyi və Kaspi Abituriyent Mərkəzində müəllim
2021-2024-cü illərdə TAİM-də müəllim
Aqil müəllim pedaqoji fəaliyyəti dövründə Azərbaycan dili və Ədəbiyyat, İbtidai sinif Azərbaycan dili üzrə 2 test bank və 2 sınaq toplusu müəllifidir.
MİQ, Sertifikasiya imtahanına hazırlaşanlar və abituriyentlər üçün əvəzolunmaz müəllimdir.