2024-cü il sentyabrın 5-də saat 12-də Azərbaycan Aşıqlar Birliyində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olacaq. Tədbirdə folklorşünas alimlər, ustad və gənc aşıqlar çıxış edəcəklər. İştirakçılara audiodisklər təqdim olunacaq. Arzu edənlər iştirak edə bilərlər.