Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il  noyabrın 27-də, saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi, 17) Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonları və Lənkəran şəhərindən olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il noyabrın 23-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Mənbə: https://culture.gov.az/