Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı müxtəlif tədbirlərlə çıxış edəcək.

Bu barədə AZƏRTAC-a İttifaqın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 24-ü saat 12:00-da İttifaqın Konfrans zalında “Üzeyir Hacıbəyli – akademik” mövzusunda elmi konfrans reallaşacaq. Sentyabrın 25-i saat 15:00-da İttifaqın Üzeyir Hacıbəyli konsert salonunda bəstəkarların yeni əsərlərindən ibarət kamera-instrumental konserti keçiriləcək.

Tədbirlərə giriş sərbəstdir.

Mənbə: https://azertag.az/