Tanınmış şair-publisist Dəyanət Osmanlının “Sözdən yazıya və yaddaşa” adlı yeni məqalələr toplusu “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzinin nəşri seriyasından olan bu kitabda müəllifin müxtəlif illərdə yazdığı məqalələrdən seçmələr toplanıb. Müstəqillik illərində dövlətimizin ədəbiyyat siyasəti, tanınmış yazıçılar haqqında bədii-ictimai portretlər, ədəbi mühit və ədəbiyyata ədəbi-tənqidi münasibət burada yer almış yazıların əsas məğzini təşkil edir.
Kitabın məsləhətçisi akademik N.Cəfərov, redaktoru filologiya üzrə fəlsəfə doktoru İ.Abdullayevadır.
Qeyd edək ki, Dəyanət Osmanlı 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1997-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.
Mənbə: https://azertag.az/