Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

Sarı sim tək çağlayaram
Sənsiz qalsam, sənsiz qalsam
Ömür boyu yas salaram
Sənsiz qalsam, sənsiz qalsam

Bu gözlərim heç gülməz ki,
Qəlbim eşq nədir bilməz ki,
Danışdırmazlar dinməz ki,
Sənsiz qalsam, sənsiz qalsam

Arzularım puça dönər,
Gözlərimin nuru sönər,
Buna dözməz Sona ölər,
Sənsiz qalsam, sənsiz qalsam

Ağlayar buludlar göydə,
Fəryad edər dəniz yerdə,
Çırpınarmı ürək səndə,
Mənsiz qalsan, mənsiz qalsan ?!


Alt-üst olar dünyam mənim,
Eşqim, nakam sevdam mənim,
Mənə dayaq bir söz olar,
Qəlbən desən : SONAM MƏNİM
Mənsiz qalsan, mənsiz qalsan

Düşmənlərim bayram edər,
Rişxənd edib, bizə gülər,
Keçib yandan, ağız əyər,
Sənsiz qalsam, sənsiz qalsam

De, mən buna dözərəmmi,
Bir də belə sevərəmmi,
Dodaq gülsə ayıb deyil,
Bəs ürəkdən gülərəmmi,
Sənsiz qalsam, sənsiz qalsam?!