Bədii qiraətçi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi.
19 iyun Kitab evim.Az yenidən gözəl bir insanla təqdimat keçirdi. Dəyərli insan, əsl xanıməfəndi, jurnalist, Millət vəkili hörmətli Qənirə xanım Paşayeva və onun ürəyini qoyduğu müxtəlif mövzulu kitabları ilə gözəl və yaddaqalan görüş baş tutdu. Görüşdə müxtəlif mətbuat nümayəndələri, tanınmış insanlar və ən əsası Qənirə xanım Sevərlər iştirak edirdi. İlk çıxış elə Qənirə xanımın özü tərəfindən oldu. O Azərbaycan Gəncliyində kitaba olna marağ bərpa etmək üçün hər kəsdən öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirmələrini və bu yolda onun mütəmadi xidmətlərinin olduğunu söylədi . Həmçinin hər bir Azərbaycan vətəndaşının öz xalqının tarixini geniş şəkildə bilməsində kitabların bizim həyatımızda əvəzsiz rolounun olduğunu və gələcəyə yüksək istedadlı kadrlar yetişdirmək istəyiriksə, kitabları həyatımızın ayrılmaz bir parçasına çevirməyimizin gərəkli olduğunu dəfələrlə vurğuladı.
Təqdimatda Qənirə xanım Paşayevanın müxtəlif kitabları; “Məndən Sonra” , “Aşk Başka”, “Onun Sevgi Mektubları” , “Dünyanı dəyişən alimlər” və başqa kitablarının oxucuları ilə ən anlamlı görüşü oldu və hər kəslə ayrı-ayrılıqda rəsm çəkdirərək, imzalı kitablarını oxucularına hədiyyə etdi.
Qənirə xanım Paşayeva: Mən biraz sərt çıxış edəcəyəm… Mənim fikrimcə, hər bir şeyin öz yeri var, yəni əyləncənində, ciddiyətində. Biraz ciddi işlərlə məşğul olmaq lazımdır. Hər-halda, indiki gənclik ən çox ya Televiziya , yada internet qarşısında əyləşirlər. Deməli, televiziyalar və internet işini elə tənzimləməlidirki, gənclik əsl vətənpərvər ruhda böyüsün və xalqına yararlı vətəndaş kimi yetişsin. Bu yolda sizə uğurlar arzulayır və işinizdə həm əyləncənin, həm də ciddi verilişlərinin yerində olmasını diləyirəm.
Bugünkü görüşə gəldiyinizə görə, hər kəsə təşəkkür edirəm…