“Səhiyyə bizim üçün əziz, qiymətli sahədir”
(Heydər Əliyev)
“İnsanların sağlamlığı bizim üçün birinci dərəcəli məsələdir”
(İlham Əliyev)
Vəziyyətlə əlaqəli yolum uşaq poliklinkasına düşdüyündən Ulu öndər Heydər Əliyevin və bu gün dövləti idarə edən Prezdent İlham Əliyevin səhiyyə haqqında dediyi yuxarıdakı fikirləri lövhədən oxudum. Görəsən səhiyyə haqqında söylənmiş xoşməramlı fikirlər bu günümüzlə uzlaşırmı? Sözsüz ki, bu fikirlərin müəllifləri Azərbaycanın birinci şəxsiyyətləri sayılır. O şəxsiyyət ki, zamanında öz müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanı kənar qüvvələrin dağıtmaq istəyindən xilas edən” Azərbaycanın müstəqilliyi əbədidir!- şuarı ilə çıxış edən Heydər Əliyevə təhfil verilmişdir. Prezdent olduğu müddətcə Azərbaycanı yenidən qurub- yaradan Heydər Əliyev özündən sonra dəyərli fikirlərini bu gün dövləti idarə edən Prezdent İlham Əliyevə və xalqına miras qoymuşdur. Lövhədə səhiyyə haqqında yazılmış şuarda qeyd edildiyi kimi ölkə Prezdenti İlham Əliyev atasının fikirlərini daha da qabardaraq, dahiyanə şəkildə səhiyyə haqqında fikirlərin dəyişmədiyini önə çəkmişdir. Bəs bu gün Azərbaycan səhiyyəsi söylənən arqumentlər əsasında özünü doğrulda bilirmi??? Əlbəttə qeyd edə bilərəm ki, müstəqil hesab edilən dövlət öz siyasəti ilə başqa dövlətlərdən seçilməsi üçün onun təhsili, səhiyyəsi mədəniyyəti, mətbuatı azad olmalıdır. (dırnaq arası yox) Başqa sahələr bir kənara səhiyyədə nələrin baş verdiyinə diqqət edək. Görəsən, Azərbaycan səhiyyəsi cəmiyyətin sağlamlığı üçün nələr edir? Bu sualın cavabını vermək üçün Azərbaycanda ixtisaslı kadrlar zəruridir. Əfsuslar olsun ki, Azərbaycan təhsil sahəsində irəli getmədiyindən zaman-zaman bu göstəricilərə nail ola bilmirik. Bu gün birmənalı şəkildə deyərdim ki, öz peşəsini sevən yeni savadlı kadrlar yox dərəcəsindədir. Təəssüf ki, yaxın vaxtlarda hansı qanuna əsasən yaş məhdudiyyəti qoyularaq həkimləri və müəllimləri birbaşa təqaüdə göndərilməsi də xalq tərəfindən birmənalı qarşılanmadı. Bu gün cəmiyyətin səriştəli kadrlara çox ehtiyacı var. Çünki yeni gələn kadrlar praktik cəhətdən çox zəifdirlər. Əksəriyyətini də rüşvət, xəstəni vardan-yoxdan çıxarmaq düşündürür. Bəzən heç həkimləri də qınamaq olmur. Onlar hansı məvacibi alır ki, gözlərini xəstələrin cibindən yığsın? Bu gün demək olar ki, həkimləri və müəllimləri xalq dolandırır. Məvacib deyilən bir zat onların cibinə normal məbləğ şəklində girmiş olsaydı əlbəttə xəstələr bu gün əziyyət çəkməzdilər. Kimdir MÜQƏSSİR??? Bu salın cavabı isə birmənalıdır. (daha&helliip;)