ya

İntiqam YAŞAR (Cavanşir İntiqam Yaşar oğlu) 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997-2008-ci illərdə Gədəbəy rayonunda orta məktəbdə, 2008-2012-ci illərdə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Şeirləri və publisistik yazıları “Azad Qələm”, “Ədəbiyyat qəzeti”, “Kaspi”
“Mərkəz” qəzetlərində, “Ulduz” “Dalğa” jurnallarında, “Nevzuhur” dərgisində və başqa müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Qərb bölgəsinin ədəbiyyatı” bölməsinin redaktorudur.
2012-ci ildə “Nurlan” nəşriyyatında “İlk görüş” adlı şeirlər kitabı çapdan çıxıb. Şeirləri və publisistik yazılari ilə Azərbaycan və Türkiyə mətbuatında müntəzəm olaraq çıxış edir.AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.

Bu da son…

Kaş ki həmin görüş baş tutmayaydı,
Bir ömür xəyalla yaşayaydıq biz.
Hər günün sonunda lap üzülsək də,
Ümidi sabaha daşıyaydıq biz.

Görüşdük, o görüş bənzər olmadı,
Ötən görüşlərə,ötən günlərə.
Hicranın əıindən dad eləyəndə,
Bizim hayımıza çatan günlərə.

Ürək getməyirdi ayaq gedirdi.
Bilirdik,yetişib ayrılıq anı.
Dünya sanki,başdan başa qaraydı,
Matəm almışdı qoynuna dünyanı.

Bu da son,sölədin gedirəm daha.
Zəhərdən acıydı “gedirəm” sözün.
Getdin,görüşmədik özümüz amma,
Hər gün göz yaşımla görüşür izin

Sevgi şəkli

Bir zaman bir yerdə olduğumuzun,
Yeganə sübutu bu şəkillərdi.
Həm çox uzun xatirələr danışan,
Həm ölüm sükutu bu şəkillrdi.

Burda hər baxışın var öz mənası.
Tək bizik onları bilən dərindən.
Çox da ki, şəkildir pozular ahəng,
Tərpətmə,tərpətmə onu yeindən.

Bir anlıq nəzər sal, bu dilsiz şəkil,
Sanki,ağı deyir ötən sevgiyə.
Sanki,başdaşıdır şəkil sevginin,
Şəkillə baş əyir yetən sevgiyə.

Bəlkə də,bilirdik biz ayrılacağıq,
Bizdən bir xatirə bilməşik onu.
Hər şeyin bir sonu olduğu kimi,
Bilmişik olacaq bu eşqin sonu..

Bilmədim

Xoşbəxtlik ömrümdə elə tələsdi,
Doyunca hal-əhval tuta bilmdim.
Qəfil gəldiyi tək qəfil də getdi.
Çox qaçdım ardınca çata bilmədim.

Bəxtimin heç sevinc payı yoxuymuş,
Ağrı-acı yan-yanaymış,sıxıymış.
Dərd-qəmin qüvvəsi-gücü çoxuymuş,
Çalışdım mən ona bata bilmədim.

Yad olmur qəlbimə o səs, o səda.
Səhər-axşam onu hey salır yada.
Çox şeyə desəm də sonda əlvida,
Möhnətin daşını ata bilmədim.