Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”ŞAİRLƏR GÜNÜ”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor


Bu gün şairlər günüdür
deyirlər, –
Şairlik əzablı,
şairlik məşəqqətli,
şairlik çətin…
Şairlər ağrıyan
vicdanıdı bəşəriyyətin,
Şairlər döyünən
ürəyidi millətin…
Kim şairlər qədər
dueldə öldürülüb,
Kim şairlər qədər
sürgün olub ki?
Bu gün şairlər günüdür
deyirlər –
Nə vaxt şairlərin günü
bir gün olub ki?!
05.06.2020

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir