Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”TEZ OL, GƏL YANIMA”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor

Yazdığım nəğmənin hər sözü, sətri
Sənə ünvanlanıb, yoxdur əvəzin.
Mənim çöl dünyamda gül-çiçək ətri,
Mənim iç dünyamda sənin nəfəsin.

Nigaran qoumusan niyə, de məni? –
Dağlarda dumanı, çəni görürəm.
Gözümü açanda çölü-çəməni,
Gözümü yumanda səni görürəm.

Yaşamaq nə gözəl, dünya nə gözəl! –
Yenə də həsrətin ağlımı alıb.
Yüyür gəl yanıma, duraq üz-üzə,
Həmişə gözləri bağlımı qalım?

01.12.2014

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir