
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Xalq acından danışır, siz ‘kişiliyə yaraşmaz’ deyirsiniz….
Sosial şəbəkələrdə jurnalist Səidə Bəkirqızının səsləndirdiyi “Kişi də uşaq pulu davası edər? Kişiyə yaraşmaz” fikri haqlı olaraq ciddi narazılıq doğurdu. Çünki bu fikir sadəcə bir sosial yardım məsələsinə münasibət deyil, həm də minlərlə ailənin yaşadığı reallığa yuxarıdan baxmaqdır.
Hörmətli jurnalist və millət vəkili xanımlar!
XALQIN YOXSULLUĞUNU KİŞİLİK SÖHBƏTİ İLƏ ÖRT- BASDIR ETMƏYİN.
Axı uşaq pulu istəmək ayıbdırmı? Bir ata övladının daha yaxşı qidalanmasını, təhsil almasını, ehtiyaclarının qarşılanmasını istəyirsə, bu onun zəifliyi yox, məsuliyyətidir. Unutma Səidə Bəkiqrızı:
ÖVLADININ HAQQINI TƏLƏB EDƏN ATANI QINAMAQ CAHİLLİKDİR!!!
Sənin atan vəzifəli olub, səni istədiyi kimi böyüdüb. İndiki kasıb təbəqənin ataları istədiyi kimi övladına baxa bilmir. Dövlətindən dəstək istəyir. Sənin kimi jurnalistlər, Günay Ağamalı kimi deputatlar bu dövlətin yerinə danışmasın. Sizə bu haqq verilməyib!!!
Bu gün ölkədə minlərlə ailə ağır sosial durum içində yaşayır. Qiymətlər artır, işsizlik var, kirayə yükü var, uşağın məktəb xərci, geyimi, qidası var. Belə bir zamanda insanları “kişiliyə yaraşmaz” deyib qınamaq cəmiyyətin dərdindən uzaq olmaq deməkdir.
SİZ YAXŞI OLAR Kİ, ÖVLADININ ÇÖRƏYİNİ İSTƏYƏN ATANI YOX, O VƏZİYYƏTİ QINAYIN!
Ən ağrılı məqam isə odur ki, bu fikri sıravi biri yox, jurnalist deyir. Jurnalist cəmiyyətin səsini eşitməli, insanın ağrısını anlamalıdır. Xalqın sosial tələbini məsxərəyə çevirmək isə peşənin missiyasına uyğun deyil. Çünki uşaq pulu istəyi nə dilənçilikdir, nə də “kişilik” məsələsi. Bu, sosial rifah və dövlət dəstəyi məsələsidir.
Kişilik evə çörək aparmaq üçün gecə-gündüz işləməkdirsə, eyni zamanda övladının haqqını tələb etməyi bacarmaqdır. Ata övladı üçün danışırsa, burada utanılacaq heç nə yoxdur. Əksinə, cəmiyyət o vəziyyətə düşməməlidir ki, insan öz uşağının haqqını istəyəndə qınansın.
Sən heç kəsə kişilik dərsi keçə bilməzsən, əzizim.
UNUTMAYIN Kİ, KİŞİLİK SUSMAQ DEYİL, ÖVLADININ HAQQINI TƏLƏB ETMƏKDİR!!!
Bu cür fikirlər insanları bir-birinə qarşı qoyur, sosial problemləri isə kölgədə saxlayır. Halbuki əsas müzakirə “kişiyə yaraşır-yaraşmır” yox, ailələrin niyə bu qədər çətinlik içində yaşaması olmalıdır.. . Bir şeyi də unutmayın ki, o kişilərin oğullarıdı torpaq altında yatan şəhidlər…. Yəni kasıb təbəqənin..@
Sonda sənə belə bir sual verirəm.
Uşaq pulu istəmək ayıbdır, yoxsa xalqın dərdini anlamamaq?
Bir cavab yazın