ary

Sanki yoxdu işimiz,
Çoxalıb təşvişimiz,
Arvadımız, kişimiz,
Dəymiş söylədi kalçün,
Ölürük qalmaqalçün.

Arzu Qasımla gəzdi,
Mahir maşının əzdi.
Firuzədəki “vəz”-di,
Növbədəyik çuvalçün,
Ölürük qalmaqalçün.

Məlik Aslanı döydü,
Hakim Sərvəri söydü,
Afətin gözü göydü,
Qısır dedik sağmalçün,
Ölürük qalmaqalçün.

Borcu var filankəsin,
Evi yox bəhmənkəsin,
Şirxan itirib səsin,
Gön gətirib qavalçün,
Ölürük qalmaqalçün.

Hətəmağa ilandı,
Xərcə düşdü talandı.
Bilmir düzdü, yalandı,
Danışır isti yalçün,
Ölürük qalmaqalçün.

Mustafa saç əkdirdi,
Lüm-lüt şəkil çəkdirdi.
Filan yerin kəsdirdi,
Xərçəng deyirik xalçün,
Ölürük qalmaqalçün.

Nə vaxt bitər sözümüz?
Niyə doymur gözümüz?
Yaradırıq özümüz,
Bəlkə də, xoş əhvalçün,
Ölürük qalmaqalçün.

Rəhimli, gəl dinməyək,
Alçalmayaq, enməyək.
Şeytan donu geyməyək,
Tələsməyək zavalçün,
Ölürük qalmaqalçün