HÜSEYN ARİF ƏDƏBİ MƏCLİSİ
(HESEYN ARİF ƏDƏBİ BİRLİYİ)
H.Arif Ədəbi birliyi 1997- ci ilin sentyabr ayından Ağstafa şəhərində fəaliyyətə başlamışdır.Ədəbi birlik Azərbaycan Yazıçılar Birliyi Qazax zona şöbəsinin sədri,şair Barat Vüsalın,Ağstafa Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimovun, “Ağstafa” qəzetinin məsul katibi jurnalist Firdovsi Heydərlinin təşəbbüsü ilə yaradılmışdır.İlk toplantısı 17 sentyabr 1997-ci ildə keçrilmişdir.El şairi Eyvaz Qələmçəli Ədəbi Birliyin ilk sədri seçilmişdir.Birlik öz işinə şair Telman Kürsoyun “Bizi başqa xalqla dəyişdiriblər” kitabının təqdimatı(müzakirəsi) ilə başla- mışdır.Təşkilati işlər və digər məsələlər sədrin müavini kimi Saqif Qaratorpağa həvələ olunmuşdur. 2004-cü ildə el şairi Eyvaz Qələmçəli vəfat etdikdən sonra Birliyə Saqif Qaratorpaq rəhbərlik etməyə başlamışdır. 2000-ci ildə Birlik üzvlərinin şeirləri toplanmış ilk almanax – “Şairlər Qapıda növbə gözləyir” işıq üzü görmüşdür.2001-ci ildə “Ağstafanın poeziya çələngi”,2004-cü ildə “Dərin kökün pöhrələri”,2006-cı ildə “Hər çeşmədən bir damla”,2009-cu ildə “Oğuz tayfam-Ağstafam” almanaxları çap olunmuşdur. Ədəbi Məclis özündə 30-dan artıq üzvü birləşdirir.Bu günə kimi Ədəbi Məclis üzvlərinin müxtəlif illərdə 100-dən çox şəxsi(müəllif) kitabı çap olunmuşdur. Bu gün artıq imzası ölkədə tanınan Üzeyir Məhərrəmli(mərhum), Şahinə Könül,Cığatel İsaqızı,Rüfət Axundlu,Sevinc Yunuslu ilk kövrək addımlarını Hüsüyn Arif Ədəbi Birliyində atmışlar. Üzeyir Məhərrəmli(2000-ci il),Şahinə Könül(2009-cu il),Rüfət Axundlu (2015-ci il),Sevinc Yunuslu(2013-ci il),Əli Cəfəroğlu(2014-cü il) Prezident təqaüdünə layiq görülmüşlər. 2015-ci ildə yazıçı-jurnalist Firdovsi Heydərlinin və naşir-rəssam Sü- Leyman Mustafaoğlunun zəhməti sayəsində “Kitab Evi” İctimai Birliyinin dəstəyi ilə “UniPrint-S” nəşriyatında Birlik üzvlərinin və Ağstafada yaşayıb-yaradan şair və yazıçıların(130-dan artıq müəllifin) seçmə əsər- ləri toplanmış “Oğuz Tayfam-Ağstafam” poeziya antalogoyası çapdan çıxmışdır.