Dilləndirir aşıq qardaş sazını ,
Mənimtək inləyir saz yavaş-yavaş .
Dərdlərim ucaldır zil avazını ,
Ay qələm , dərdimi yaz yavaş-yavaş .
Gülüzlü yarımdan ayrı düşmüşəm ,
Ayrılıqda hədsiz zülüm çəkmişəm .
Bu bəxtdən , taledən mən bezikmişəm ,
Ay külüng , qəbrimi qaz yavaş-yavaş .
Usandım mən artıq , usandım axır ,
Bu həsrət qəlbimi yandırıb yaxır .
Ruh uçub bədəndən , gözlərim baxır ,
əcəl də eyləyir naz yavaş-yavaş .
Ay aşıq , yerə qoy sədəfli sazı ,
Dinlə bu qoşmanı , bax bu avazı .
Qalibin ömrünün bitibdir yazı ,
Xəzana çevrilir yaz yavaş-yavaş .