e

27 avqust 2015-ci il tarixində, saat 16:00-da, “Kitabevim.az” kitab evində yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc yazar Vasif Zöhraboğlunun “Ömür bir günlük yuxudu” adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.
Qeyd edək ki, 2015-ci ildə Bakı şəhərində “Yazıçı” Nəşriyyatı tərəfindən 92 səhifə həcmində 150 tirajla işıq üzü görən kitab müəllifin oxucular ilə ilk görüşüdür. Kitabın ön sözünün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri, şairə Fərqinə Mehdiyeva, redaktoru isə yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı gənc yazarlara dəstək məqsədilə birillik Prezident təqaüdünə layiq görülən gənc yazar İntiqam Yaşardı.

Azrbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidməti