Kim deyir mən bu vətən mülkünə mehman kimiyəm?
Yox, bahar ömrümüzün can evinə can kimiyəm.
Toqquşur göydə buludlarla şeir dalğalarım,
Şairəm, sanki bu qəlbimin bir ümman kimiyəm.
Birdir hər yerdə mənə həm aşağı, həm yuxarı,
Yox təkəbbürlə işim, sadə bir insan kimiyəm.
Gəzirəm əldə qələm şerimizin bağlarını,
Qoymaram bassın alaq bağları, bağban kimiyəm
Keçmədim köhnəliyin baş qapısından içəri,
Yeni şerin, yeni taxtında Süleyman kimiyəm